elitar.kz
Qazaxıstan və Azərbaycan bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Bakı/02.03.23/Turan: Qazaxıstan Senatının deputatları palatanın martın 2-də keçirilən plenar iclasında Qazaxıstan və Azərbaycan hökumətləri arasında karantin və bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişi ratifikasiya ediblər.
Zakon.kz-nin müxbiri xəbər verir ki, sənəd imzalanmaq üçün dövlət başçısına göndərilib.
Qanunun əsas məqsədi ölkəyə karantinə alınan məhsulların idxalı zamanı fitosanitar təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
Senatın müvafiq komitəsinin qərarında deyilir ki, iki ölkə arasında karantin altında olan məhsulların böyük həcmdə daşınması ilə əlaqədar karantin obyektlərinin ərazisinə daxil olma riski var ki, onların yayılması iki ölkə ərazisində fitosanitar vəziyyətə imənfi təsir göstərir.
Ümumilikdə sənəd daşınan məhsullar üçün zəruri olan fitosanitar nəzarəti, birgə fəaliyyət və bitki karantini üzrə milli xidmətlərin qarşılıqlı fəaliyyətini təmin etməyə yönəlib və Qazaxıstanın ixrac potensialına müsbət təsir göstərir.
Qeyd olunur ki, Sazişin ratifikasiyası mənfi sosial-iqtisadi və hüquqi nəticələrə səbəb olmayacaq, respublika büdcəsindən əlavə vəsait ayrılmasını tələb etməyəcək.—0--
-
- Mədəniyyət
- 2 Mart 2023 14:13
-
- Siyasət
- 2 Mart 2023 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz