QBKT-lərin aktivlərinin çoxu xarici təşkilatlarındır
İyulun 1-i üçün qeyri-bank kredit təşkilatlarının məcmu aktivləri 579,31 mln manat (ilin əvvəli ilə müqayisədə +6,86%) olub.
Mərkəzi Bankın məlumatına görə, aktivlərin çoxu beynəlxalq humanitar təşkilatların maliyyələşdirdiyi kredit təşkilatlarınındır - 495,8 mln manat (+8,4%), məcmu nizamnamə kapitalı isə 45,33 mln manatdır (+6,6%).
Kredit ittifaqlarının aktivləri 56,18 mln manat, məcmu nizamnamə kapitalı 21,82 mln manatdır. I yarımildə onların filial sayı 194-ə çatıb.
AMB-nin məlumatına görə, QBKT-lərin məcmu nizamnamə kapitalı II rübün əvvəlində 79,68 mln manat (mənfi 3,7%), filial sayı 206 olub (+6,2%). --17D—
-
- Cəmiyyət
- 13 Avqust 2014 12:38
-
- İqtisadiyyat
- 13 Avqust 2014 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz