Büdcə sisteminə düzəliş bələdiyyələrə təsir edəcək
Prezident İlham Əliyev büdcə sistemi haqqında qanuna düzəlişi imzalayıb. 1 yanvar 2015-ci ildən yerli özünüidarə orqanlarına vergilər üzrə nağd hesablaşmalar qadağan edilir. Yerli vergilər bank və «Azərpoçt» vasitəsilə ödəniləcək. Beş gün ərzində bələdiyyələr vergi və ya başqa yığımlar üzrə informasiya verməlidir.
Bələdiyyələrə dotasiya verilməsində də dəyişilik var. Dotasiya verilın zaman ərazidə yaşayanların sayı, maliyyə resurslarının yaranmasında onların payı nəzərə alınacaq. Həmçinin bələdiyyələrin cəbhə xəttinə yaxınlığı, yüksək dağ əraziləri, əhalinin yaşayış səviyyəsi nəzərə alınacaq.
Dövlət büdcəsindən sosial, ekoloji, iqtisadi və başqa proqramlar üçün tələblər də müəyyən edilib. Bələdiyyələr və ya onların təsis etdiyi strukturlar əvvəlki büdcə ilinin 15 martına kimi müvafiq ərizəni səlahiyyətli icra orqanına verməlidirlər. Müraciətə 30 günə baxılacaq. Qəbul edilsə, 1 maya kimi texniki-iqtisadi əsaslandırma təqdim edilməlidir. Subvensiyalardan istifadə barədə hesabat növbəti büdcə ilinin 15 fevralına kimi verilməlidir.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul hesab edir ki, dəyişikliklərin təsiri 2016-cı ildən tez hiss edilməyəcək. Şərtlərin konkretliyi və subvensiya şəklində dövlət dəstəyi müsbət haldır, deyə o bildirib. --17D—
-
- İqtisadiyyat
- 13 Avqust 2014 12:39
-
- İqtisadiyyat
- 13 Avqust 2014 13:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz