MDM-də əlavə səhm emissiyasında on dəfə artım
Milli Depozit Mərkəzi 2014-cü ilin yanvar-iyulunda nominalı 3 mlrd 518 mln 461,24 min manat (ötən ilin eyni dövründəkindən 10,7 dəfə çox) əlavə emissiya üzrə əqdləri qeydiyyata alıb.
MDM-in məlumatına görə, avqustun 1-dək 739 əlavə səhm emissiyası qeydiyyata alınıb. 1 mlrd 302,85 mln məbləğind 35 əqd iyunun payına düşüb. Bu, rekorddur. Qiymətli kağızlar emitentləri ilə 32 müqavilə bağlanılıb (iyulda 6).
Avqustun 1-dək MDM nominalı 425 mln 365,98 min manat olan 2831 birja əqdini qeydiyyata alıb. 39 mln 460,71 min manat məbləğində 525 əqd iyulda olub. Qiymətli kağızlarla 14 mln 287,51 min manat (iyulda 2,29 mln manat məbləğində 40 əqd) olan 310 birjadankənar əqd qeydiyyata alınıb.
MDM 1997-ci ilin sentyabrında yaradılıb. 1999-cu ildə QKDK-nın balansına verilib. Nizamnamə kapitalı 1,4 mln manatdıır. MDM 1,2 min emitentə xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 13 Avqust 2014 13:00
-
- Cəmiyyət
- 13 Avqust 2014 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz