Qəbələdə dağ-xizək kompleksi tikiləcək
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı “Tufan” dağ-xizək kompleksində işlərin gedişi ilə tanış olub. Bu yay-qış istirahət mərkəzi Qəbələnin 4 km.-də yerləşir. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr olacaq. Kompleks ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusu yerləşdiriləcək. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Sonra dövlət başçısına rayon ərazisində inşası planlaşdırılan “Aquapark” istirahət və əyləncə mərkəzi haqqında məlumat verilib. Mərkəzin su-əyləncə bölməsinin ümumi sahəsi 5 min kvadratmetr olacaq. Su zonasının mərkəzində dalğalı hovuz yerləşəcək. Xüsusi avadanlığın köməyi ilə burada 1,2 metrə qədər hündürlükdə süni dalğaların yaradılması mümkündür.
İ.Əliyev rayonda inşası nəzərdə tutulan “Golf Resort” idman və istirahət mərkəzinin layihəsi ilə də tanış olub. Layihəyə əsasən Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur.—06D-
-
- Cəmiyyət
- 11 Sentyabr 2012 13:30
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz