Dövlət Statistika Komitəsi qeyri-leqal məşğulluq aşkarlayıb
Dövlət Statistika Komitəsi əhalinin iqtisadi fəallığı ilə bağlı statistik müayinənin nəticələrini élan edib. Ona əsasən, 230 min qeyri-leqal məşğul şəxs müəyyən edilib.
Statistik hesablamaya görə, 2012-ci ilin iyul ayının 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 391,5 min nəfər təşkil edib. Başqa sözlə, məşğul əhalinin bir hissəsi ya vergi orqanlarından, eləcə də ünvanlı sosial yardımın müəyyən edilməsi üzrə dövlət qurumundan gizlənir, ya da özəl şirkətlər işçilərlə əmək müqaviləsi bağlamır. Bunu Vergilər Nazirliyinin operativ nəzarət tədbirləri də göstərir. Təkcə avqustda 171 vergi ödəyicisi tərəfindən 289 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb.
Qeyd edək ki, ilin əvvəlindən muzdlu işçilərin rəsmi sayı 10 min nəfər artıb.
İyulda dövlət sektorunda 850 min, qeyri-dövlət sektorunda 541,5 min nəfər çalışır. 08D
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 13:33
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz