Qeydiyyata alınan əmək bazarı gəncləşir
Dövlət Sosial Müdafiə Fondu bu ilin ötən 9 ayı ərzində əlavə olaraq 370 954 sığortaolunan üçün fərdi hesab açıb. Bu, yanvarın 1-dən 14,7% çoxdur.
Fondda Turan-a bildiriblər ki, pensiyaçılar da daxil qeydiyyata alınanların sayı 2 mln 637 min 28 nəfərdir. Bunun 58,6 faizini kişilər, 41,4 faizini isə qadınlar təşkil edir (ötən il 56,2% - 43,8% idi).
Uçotdakıların 23,9%-i 30 yaşdan yuxarı olanlardır. 0,6% artım əmək bazarının gəncləşməsi deməkdir. 3 ay əvvəl 30-40 yaş arasındakılar birinci idi. Indi 23,5%-lə ikincidir. Sığortaolunanların 22,7 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz