Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması haqqında sərəncam
Yanvarın 18-də prezident İlham Əliyev Rəqabətədavamlı məhsulların istehsalının və ixracının artırılması məqsədilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə bir ay ərzində . kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizminin təmin edilməsi üzrə sənəd layihələrini hazırlamaq tapşırılıb.
Hökumətə ixrac fəaliyyətinin təşviqi üzrə tədbirlər silsiləsini maliyyələşdirmək tapşırılıb.
Sənəddə həmçinin Sahibkarlığa Milli Yardım Fondundan verilən kreditlər üzrə əlavə imtiyazların verilməsi üzrə təkliflərin hazırlanması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinə 2 ay ərzində potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. -08D-
-
- İqtisadiyyat
- 18 Yanvar 2016 19:04
-
- Cəmiyyət
- 19 Yanvar 2016 10:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz