Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 0,9% artıb
Bu ilin 10 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 88,8 milyon manat təşkil edib. Mütləq ifadədə bu, ötən ilin eyni dövründəkindən 319,9 mln manat çoxdur.
Vergilər Nazirliyində Turan-a bildiriblər ki, vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 53,5% olub. 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,9% artıb.
İlin əvvəlindən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi (o cümlədən dövlət rüsumu) 5 milyard 768 milyon 165,6 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 9,6% çoxdur. Faiz nisbətində vergi növləri üzrə mədaxil dəyişməyib. 08D
-
- İqtisadiyyat
- 15 Noyabr 2013 15:04
-
- Siyasət
- 15 Noyabr 2013 16:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz