Qeyri-neft-qaz sektorunun gəlirləri vergi mədaxilinin artım tempini keçib
2013-cü ilin yanvar-avqustunda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 486 milyon 614,8 min manat vergi, cərimə, maliyyə sanksiyaları daxil olub. Bu, 2012-ci ilin eyni dövründən 7,3% çoxdur. Bu barədə Turan-a nazirlikdə məlumat veriblər.
Qeyri-neft-qaz sektorunun subyektlərinin ödənişləri 2 405 mln 61,23 min manat və ya bütün mədaxilin 53,6%-i qədər olub. Qeyri-neft-qaz sektorundan vergi və başqa mədaxilllər ötən ilin eyni dövrü ilə müqayisədə 213 mln manat və ya 9,7% artıb. Ötən illə müqayisədə qeyri-neft-qaz sektorunun vergilərdə xüsusi çəkisi 1,2% artıb.
Mənfəət vergisi 38,6% (2012-ci ildə 39,7%), ƏDV 24% (22,8%), fiziki şəxslərin gəlir vergisi 12% (12,4%), aksizlər 7,6% (7,5%) paya malikdir. 08D
-
- Siyasət
- 18 Sentyabr 2013 13:08
-
- İqtisadiyyat
- 18 Sentyabr 2013 13:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz