QK bazarının iki peşəkar iştirakçısının lisenziyası dayandırılıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Unicapital” ASC-nin və “Standart Kapital” MMC-nin qiymətli kağızların idarə olunması üzrə lisenziyalarının fəaliyyətini dayandırıb. Bu addımın səbəbi açıqlanmır.
Bu ildən qiymətli kağızların idarə olunması bazarında peşəkar fəaliyyət növü qanunvericilikdən çıxarılıb. Onu aktivlərin idarə edilməsi əvəz edib. Dünənə kimi qiymətli kağızların idarə olunması üzrə iki şirkətin lisenziyası olub və onlar bundan məhrum edilib. Şirkətlərin birində Turan-a deyiblər ki, lisenziyanın dayandırılması şirkətdə bu fəaliyyəti həyata keçirilməsi üçün şəhadətnaməsi olnaların üçdən ikiyə azalması ilə bağlıdır.
Bu gün Azərbaycanın qiymətli kağızlar bazarında 18 şirkət fəaliyyət göstərir. Onların 6 peşə fəaliyyəti növü üzrə 43 lisenziyası var. 08D
-
- Cəmiyyət
- 21 Noyabr 2012 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz