QK bazarının peşəkar iştirakçılarının sıraları seyrəlir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi aprelin 30-da “Billionare” MMC-nin broker və diler lisenziyalarının fəaliyyətini dayandırıb.
Bu barədə müraciət şirkətin özündən gəlib, deyə QKDK mətbuat xidmətində Turan-a bildiriblər.
“Billionare” MMC lisenziyanı 2009-cu ilin avqustunda alıb, o vaxtdan fond bazarı və ya dövlət qiymətli kağızlar bazarında peyda olmayıb. “Qarant İnvest” MMC də fəaliyyətsizdir. Amma şirkət broker fəaliyyəti lisenziyasını QKDK-ya verməyib. 2012-ci ildə “PSG-Broker” MMC-yə broker və diler lisenziyaları verilib. Onun da aktivliyi olmayıb.
QKDK-nın məlumatına görə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar fəaliyyəti lisenziyası qüvvədədir.
Beş illik broker və diler lisenziyalarının qiyməti 5500 manatdır. --08D--
-
- Siyasət
- 2 May 2013 11:12
-
- İqtisadiyyat
- 2 May 2013 11:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz