QTİB DəmirBank-a 10 milyon dollar kredit ayıracaq
DəmirBank Qara Dəniz Ticarət və İnkişaf Bankından yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma imzalayıb.
Bankdan verilən məlumata görə, müqaviləyə əsasən Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən DəmirBank-a 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq. Bu vəsait vəsait sahibkarlığın müxtəlif sahələrinə mikro, kiçik və orta həcmli biznes kreditlərinin verilməsinə yönəldiləcək.
DəmirBank Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə 2006-cı ildən əməkdaşlıq edir. Bu müqavilə tərəflər arasında bağlanılan 4-cü müqavilədir. Bank kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bunların sırasında AYİB, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, OFID Beynəlxalq İnkişaf Fondu, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar..—15D--
-
- Siyasət
- 7 Noyabr 2013 15:17
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz