Təyyarəçilərin maaşı azalıb
Dövlətstatkom nəqliyyatda müuzdla çalışan işçilərin əmək haqları barədə məlumatı açıqlayıb. Onların həcmində ciddi fərq var.
11.3 min nəfərin işlədiyi dəmir yolu nəqliyyatında aylıq maaş 242,3 manatdır. Bu ilin 9 ayında dəmir yolu nəqliyyatında əmək haqqı 9,0 faiz artıb. 2008-ci ildən “Azərbaycan Dəmir Yolları” QSC-də 7 min nəfər ixtisara düşüb. 2008-ci illə müqayisədə onların maaşı 66 manat artıb.
Hava nəqliyyatında 5 ildə işçi sayı 0,9 min artıb və 2012-ci ildə 5437 nəfərə çatıb. Onların mmaşı isə 829-dan 985 manata artıb. Bu ilin yanvar-sentyabrında onların mmaşı 819,7 manata düşüb.
Ardınca dənizçilər gəlir – ayda 728,5 manat. Dəniz nəqliyyatında 10,5 min nəfər (2008-ci illlə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində 1000 işçi artıb) işləyir, 5 ildə onların maaşı 50% artıb.
Metropoliten işçiləri orta hesabla ayda 530 manat alır. Bu, ötən ilin eyni dövründəkindən 7% çoxdur.
Ölkənin nəqliyyat müəssisələrində 72,5 min muzdlu işçi çalışır. Bu, ötən ilin eyni dövründəkindən 6,7% çoxdur. Bunun 72,2%-i dövlət sektorunda çalışır və orta maaşı 530 manatdır.
DSK-nın məlumatına görə, daha 48 min nəfər fiziki şəxs hüquqi şəxs yaratmadan nəqliyyatda çalışır. 08B
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 15:20
-
- Cəmiyyət
- 7 Noyabr 2013 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz