Qubad İbadoğlu: mülkiyyətin zorla alınmasına son qoyub maliyyə amnistiyası elan etmək vaxtıdır
Oktaybrın 1-i üçün tikinti materialları, metal konstruksiya, eletrotexnika cihazları, eləcə də tekstil və s müəssisəi istismara verilib. Bir sıra tikinti materialları ilə təminat 100%-ə çatıb, - deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 12 оoktyabrda Nazirlər Kabinetinin iclasında bildirib.
İqtisadçı Qubad İbadoğlu bununla bağlı qeyd edib ki, son iclasda əsas tələb vəsaitlərə qənaət və sahibkarların qanunsuz yoxlanmasına son qoymaq olub. Amma hökumətin əsas priotiteti daxili maliyyə ehtiyatları tapmaq və xarici investisiya üçün cəlbedici şərait yaradılması olmalıdır.
Onun sözlərinə görə, əlavə vəsait olmasa, qənaət sonsuz deyil. Xarici investorlar uzunmüddətli layihələrə vəsaiti vergi və gömrük qanunlarında müsbət dəyişiklik görəndə qoyur. Amma onlar başqa mənzərə ilə üzləşib. Son vaxtlar vergi orqanları orta və kiçik sahibkarlığa əngəl yaradır, bir inhisarçı qrupun xeyrinə digər qrupun mülkiyyətini zorla əlindən alır.
Alim hesab edir ki, iqtisadiyyatda şaxələndirmədə ilk addım maliyyə amnistiyası olmalıdır. Bu, yerli kapitalın xaricə axınına son qoyar, yeni vəsaitlərin cəlb edilməsi ilə nəticələnər. Bunun üçün xüsusi hökumət proqramı qəbul edilməlidir, deyə o düşünür. --17D—
-
- İqtisadiyyat
- 14 Oktyabr 2015 13:20
-
- İqtisadiyyat
- 14 Oktyabr 2015 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz