Qubad İbadoğlu: «Neft gəlirlərini az xərcləyin»
İqtisadi Tədqiqatlar Mərkəzi neft gəlirlərinin idarə edilməsinin müzakirəsini (ABŞ Gəlirlərin İdarə Edilməsi İnstitutunun maliyyə yardımı ilə) akademik müstəviyə yönəldib. Müzakirələr «Qafqaz», «Xəzər» və «Azərbaycan» universitetlərindən başlayıb.
İTM İH üzvü Qubad İbadoğlunun sözlərinə görə, «Əsrin müqaviləsi» və başqa sazişlər üzrə dövlət neft hasilatından $84 mlrd xalis mənfəət əldə edib. Bunun 60%-i investisiya layihələrinə yönəldilib. Bu il Neft Fondunun ehtiyatlarından daha $14 mlrd əxrclənəcək.
İTM-in hesablamasına görə, 2024-cü ilə kimi (neftin barreli $80-dan) qaz satışı da daxil $145,3 mlrd qazanacaq. Neftin qiyməti 100 dollara qalxsa, gəlirlər $11 – 15 mlrd artacaq. Əsas olan mənfəət yox, ondan bacarıqla istifadə edilməsidir, - deyə o bildirib.
Neft-qaz gəlirlərinin uzun müddətli idarə edilməsi Strategiyası icra edilmir. Onun vacib şərtlərindən biri mənfəətin 25%-i gələcək nəsillərə saxlamaqdır. Amma ötən ilki mənfəətin 78%-i xərclənib. «İzafi xərclər əlavə beynəlxalq borc öhdəliklərinə gətirib çıxarır. Ona görə xərclərin limiti olmalıdır», - deyə İbadoğlu bildirib. Onun fikrincə, Norveç, ABŞ və başqa ölkələrin təcrübəsindən istifadə edilməlidir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz