Rabitəbank əlavə emissiya elan edib
"Rabitəbank" ASC nizamnamə kapitalını 8,394 mln manat və ya 38,8% artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nominalı 20,29 manat olan 413,705 min adi sənədsiz adlı səhmlərin müvafiq emissiya prospekti bazar ertəsi dövlət qeydiyyatından keçib.
Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında kütləvi təklif yolu ilə keçiriləcək.
Hazırda bankın nizamnamə kapitalı 21,61 mln manatdır. Bankın səhmdarları 6 fiziki və 14 hüquqi şəxsdir. --15B--
-
- Siyasət
- 3 Oktyabr 2012 14:50
-
- İqtisadiyyat
- 3 Oktyabr 2012 14:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz