Sabah Bakıda korporativ sosial məsuliyyət problemlərinə həsr edilmiş konfrans keçiriləcək
Oktyabrın 15-гdə Fairmont Baku, Flame Towers-də I Azərbaycan «Davamlı inkişaf və korporativ sosial məsuliyyət» konfransı keçiriləcək. Tədbiri Caspian Event Organisers BMT İnkişaf Proqramının dəstəyi ilə təşkil edib.
Tədbirin məqsədi ölkədə mövcud olan cari vəziyyətin kompleks qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
Konfrans iştirakçıları KSM-in tətbiqinin İKT sektoru müəssisələrində sosial təsirini müzakirə edəcəklər.
Konfransda yaşıl iqtisadiyyat, korporativ sosial məsuliyyətin biznesə təsiri; dosial layihələrin həyata keçirilməsində QHT, dövlət və özəl sektor arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Təhsil, kənd təsərrüfatı, ekologiya, alternativ enerji və digər sahələrin dayanıqlı inkişafını əhatə edəcək tematik sessiyaların keçirilməsi planlaşdırılır.
Konfransda müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, elm və təhsil strukturlarının, QHT-lərin təmsilçiləri, KSM üzrə ekspertlər iştirak edəcək. -08D -
-
- Siyasət
- 14 Oktyabr 2015 12:02
-
- İqtisadiyyat
- 14 Oktyabr 2015 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz