Sahibkalıq obyektlərində yoxlamalar azalacaq

Azərbaycanda sahibkalıq obyektlərində dövlət orqanlarının yoxlamaları qanunvericilik səviyyəsində azaldılacaq. 

Femida.az portalı məlumat verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə bu günlərdə Milli Məclisə daxil olub. Yeniliyə əsaəsn, biznes sahələri risk qruplarına bölünəcək. Hər risk qrupu üçün plan üzrə (növbəti)  yoxlamaların aparılması tezliyi müəyyən ediləcək. Yoxlamaların intervalı qanunla müəyyən edilmiş tezlikdən çox ola bilməz. Plan üzrə (növbəti) yoxlamalar müvafiq olaraq hər risk qrupu üçün müəyyən edilmiş tezlikdən artıq tezliklə aparıla bilməz. Yüksək risk qrupuna aid sahibkarlar ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid sahibkarlar iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlar üç ildə bir dəfədən çox olmayaraq yoxlana bilər. Sonuncu iki yoxlamanın nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması faktları aşkar edilməyibsə həmin sahibkarda növbəti plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş tezlik 1,5 dəfə çoxaldılmaqla təyin edilir.

Turan əvvəllər yazmışdı ki, kiçik və orta biznesin problemlərini kompleks həll etmək üçün QHT şəbəkəsi ”Kiçik sahibkarlığa dəstək” (USAİD maliyyələşdirir) layihəsi hazırlayıb. 

Sabit Bağırovun sözlərinə görə, Azərbaycanda biznesin əsas problemləri bazarda inhisarçılıq, inzibati əngəllər, korrupsiya, qanunların işləməməsi, maliyyəyə çıxış və biznesmenlərin savadının zəif olmasıdır. --17D— 

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti