Sahibkarlığa Kömək Milli Fondu 108,6 mln manat güzəştli kredit verib
Sahibkarlığa Kömək Milli Fondu ilin əvvəlindən 108,6 mln manat güzəştli kredit verib.
Bu dövrdə 2 min 172 sahibkarın layihəsi maliyyələşdirilib. Bu, 5 min yeni iş yeri açmağa imkan verəcək.
Dünən Lənkəranda heyvandarlıq, arıçılıq, çayçılıq və s məşğul olan sahibkarlara 11,1 mln güzəştli kredit verilib. Bu, 200-dən çox yeni iş yeri açmağa imkan verəcək. SKMF xətti ilə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 milyon manat güzəştli kredit verilib, 9,7 min yeni iş yeri açılıb.
SKMF 1992-ci ildə yaradılıb. 2013-cü ildə 275 mln manat kredit verib. 2014-cü ildə güzəştli kredit həcmi 280 mln manat olacaq. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz