Səba investisiya təşviqi sənədi almağa hazırdır
“Səba” ASC-nin rəhbərliyi İqtisadiyyat Nazirliyinə müraciət edib. Broyler məhsulu istehsalçısı investisiya təşviqi sənədi almaq üçün investisiya layihəsi ilə birgə lazım olan digər sənədləri nazirliyə təqdim edib.
Şirkət qabaqcıl texnologiyalardan istifadə etməklə istehsalatın effektivliyini daha da artırmaq, doğrama, emal və qablaşdırmada əl əməyindən istifadəni minimuma endirmək və bununla da məhsulun maya dəyərinin aşağı salmaq niyyətindədir.
İnvestisiya layihəsini başa çatdırdıqdan sonra şirkət illik istehsal gücünü indiki 17 min tondan 25 min tonadək artıracaq.
İki illik layihənin ümumi qiyməti 1 mln 283 min manatdır. Hökumət təsdiq etsə, ölkə prezidentnin fərmanına uyğun olaraq, şirkətin mənfəətinin yarısı vergidən azad ediləcək. Bundan başqa, güzəştlər 7 illikdir.
“Səba” ASC-yə hazırda hazırda 5 şirkət daxildir - «Dəvəçi Broyler» ASC, «Qarabağ Taxil» QSC, «Baku Food Company» QSC, «Biləsuvar Aqro» QSC və «Dəvəçhi Broyler Dərin Emal» QSC.
Ötən il üçün hesabat yoxdur. 2013-cü ildə rentabellilik 6,9% təşkil edib, 2014-cü il 4,8% ziyanla işləyib). Orta hesabla 1kq quş əti 2,82 manat, orta əmək haqqı 560 manat olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz