- İqtisadiyyat
- 2 Oktyabr 2013, 14:53
- 202
Səhm girovunun qeydiyyatı 60% azalıb
Bu ilin yanvar-avqustunda qiymətli kağızların qeyri-investisiya aləti üzrə bazarı inkişaf etməyib, mənfi tendensiyalar dərinləşib. Tələbat olsa da, dövlət özəl sektorda borc qiymətli kağızların inkişafına səy göstərmir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqustunda nə depozit sertifikatı, nə mənzil, nə xəzinə sertifikatı, nə də faiz vekseli emissiya edilib.
Bu il Azərbaycanda 17 769,7 min manatlıq sadə veksellər imzalanıb. Bu, ötən ilin eyni dövründəkindən 2 dəfə çoxdur. Veksellərin girov qoyulması müqavilələrinin sayı açıqlanmır. Amma borc qiymətli kağızlar bazarı təşəkkül etməkdədir və biznes dairələrdə populyar deyil. Məhkəmə instansiyalarında dövlət və özəl şirkətlər arasında borc öhdəlikləri üzrə çəkişmələr geniş yayılıb və onları veksel girovu ilə həll etmək olardı.
QKDK 8 ayda 1939 ipoteka kağızı qeydiyyata alıb. Bu, ötən ilin eyni dövründəkindən 11% çoxdur. İpoteka kağızlarının əlavə qeydiyyatı (1305) bu dövrdə 29% azalıb.
Bu ilin yanvar-avqustunda QKDK qiymətli kağızların girovu üzrə 23 müqavilə qeydə alıb. Girov QK-ın ümumin sayı açıqlanmır. 2012-ci ilin eyni dövründə 57 belə müqavilə (-60%) bağlanmışdı. 08D
-
- Mədəniyyət
- 2 Oktyabr 2013 14:21
-
- İqtisadiyyat
- 2 Oktyabr 2013 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz