Şəkər istehsalı azalır
Bu ilin I rübündə şəkər və şəkər tozu istehsalı 103,6 min ton (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 6,4%) olub, - deyə Dövlətstatkom bildirir. Azalma tendensiyası 2012-ci ildə başlayıb, 2013-cü ildə çuğundur istehsalı indiki 5,5 min hektara düşüb.
Rəsmi məlumata görə, marqarin istehsalı 11,4% - 8,11 min tonadək azalıb.
Qalan növlərdə artım var. I rübdə Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsal həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,2% - 188,7 min tona qədər, ət istehsalı (quş əti də daxil olmaqla) 1,9% - 70,9 min tonadək, kolbasa istehsalı 21,4% - 531,5 min tona qədər, süd istehsalı 3,3% - 215,9 min tonadək artıb.
Həmçinin qaymaq və xama istehsalı 1% - 1 min 174,9 tonadək, pendir və kəsmik istehsalı 4,8% -12,45 min tonadək, kərə yağı istehsalı 5,8% - 5,82 min tonadək, cem və marmelad istehsalı 1,3% - 8 min 486,8 tona qədər, təmizlənmiş duru bitki yağı istehsalı 97,4% - 16 min 853,3 tonadək artıb.
Ümumilikdə 2015-ci ilin I rübündə Azərbaycanda ərzaq məhsullarının istehsal həcmi 3,5% artıb. --17D—
-
- İqtisadiyyat
- 16 Aprel 2015 15:26
-
- İqtisadiyyat
- 16 Aprel 2015 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz