Şəki İpək Kombinatının fəaliyyəti tam dayandırılıb
Pambıqəyirən sexinin işini dayandırması ilə “Şəki İpək” ASC-nin (Şəki ipək Kombinatı) fəaliyyəti tam dayanıb. Şəkidən Sadıq Fətəliyev Turan-a bildirib ki, formal səbəb elektrik enerjisinə olan 36 min manat borc olub. Onun sözlərinə görə, 200-dən artıq işçi müddətsiz məzuniyyətə buraxılıb və indi direktorun səlahiyyətlərini müvəqqəti icra edəndən başqa müəssisədə yalnız mühafizə qrupu qalıb.
İşçilər ayda minimal maaş – təxminən 160 manat əmək haqqı alırdı, bu da ölkə üzrə orta aylıq əmək haqqından 3 dəfə azdır.
Özəlləşdirmə anında “Şəki İpək” ASC-də 2000-ə yaxın işçi çalışıb. 2002-ci ildə müəssisə investisiya müsabiqəsində ipək məhsulu istehsalının bərpası və inkişafı şərti ilə “Pərvanə” şirkəti tərəfindən özəlləşdirilib.
SC-nin səhmlərinin 98%-i “Pərvanə” MMC-ə keçəndən sonra onlar “General Construction” MMC (81%) və “Senat Associates” LTD (17%) arasında bölüşdürüldü.
Səhmdarların bu yaxında keçirilən ümumi iclasında məlum olub ki, “Şəki İpək” ASC-nin adına çoxmilyonıu kredit rəsmiləşdirilib və indiyə kimi bu məbləğ 70 mln manata çatıb. Kredit “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınıb.
KİV-də “Pərvanə” MMC və “General Construction” MMc-nin AMB-nın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevlə dost münasibətdə olan Xaqani Bəşirova məxsus olması ilə bağlı çoxsaylı məqalələr dərc edilib. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz