Şəkidə SES-in ikinci növbəsi tikilib
Noyabrın 17-də Şəki su elektrik stansiyasının ikinci qurğusunun açılış mərasimi keçirilib. Qurğunun quraşdırılması Azərbaycan Respublikası Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi ilə həyata keçirib. Layihəni Avropa İttifaqı və Norveç Hökuməti maliyyələşdirib.
580 kVt gücündə stansiya Çinin “Hunan Allonvard” şirkətinin iştirakı ilə tikilib.
Layihə “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” dövlət proqramı çərçivəsində həyata keçirilib. Hökumət kiçik SES-lərin yaradılmasını səmərəli sayır. Əsasən Böyük Qafqazın dağ çaylarına diqqət ayrılır. Burda 0,5-5 MVt gücündə SES-lər tikilir. Onlar ucuzdur və bənd tikintisi tələb etmir. Azərbaycanın su potensialı 2 yüzdən çox belə SES (700 MVT) tikməyə imkan yaradır. —0—
-
- İqtisadiyyat
- 18 Noyabr 2014 15:47
-
- Siyasət
- 18 Noyabr 2014 15:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz