- İqtisadiyyat
- 12 Dekabr 2013, 15:11
- 233
Sənaye istehsalı 1,7% artıb
Bu ilin 11 ayında ölkədə sənaye istehsalı həcmi 1,7% artaraq 30,8 mlrd manat təşkil edib. İstehsalın dörddə üçü hasilat sənayesinin payına düşüb.
Dövlətstatkomda Turan-a bildiriblər ki, neft sektorunda artım 1,3%, qeyri-neft sektorunda 3.2% olub.
2014-2017-cü illərdə sosial-iqtisadi inkişaf proqnozuna əsasən, 2017-ci ildə neft hasilatı indiki 42 mln tondan 39,7 mln tona düşəcək. Bu dövrdə qaz hasilatı 0,9 mlrd kubmetr artaraq 2017-ci ildə 27,5 mlrd kubmetr təşkil edəcək. Qiymətli metalların hasilatı sabitləşəcək. Başqa mal nomenklaturası növlərində hökumət artım gözləyir. Demək sonrakı illərdə sənaye sektorundan dövlət büdcəsinə mədaxil artacaq. Amma dövlət büdcəsinin gəlirləri 2014-2017-ci illərdə azalacaq və 2017-ci ildə 17,8 mlrd manat olacaq. Bu il dövlət büdcəsinin gəlirlər hissəsi 19,8 mlrd manatdır. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz