- İqtisadiyyat
- 13 Oktyabr 2014, 19:49
- 194
Sənaye məhəlləsi nədir?
Dövlət başçısı bu günlərdə sənaye məhəllələrinin təsis edilməsi barədə fərman verib. Sənaye və Energetika Nazirliyində Turan müxbirinin xahişi ilə məsələni şərh ediblər.
Nazirliyin şöbə müdiri Səməd Bəşirli deyib ki, bu cür obyektləri ölkənin iri və kiçik rayonlarında yaratmaq mümkündür. Hər iqtisadi zonada bir belə məhhəllə yaratmaq nəzərdə tutulur.
«Avropa, Çin, MDB, Türkiyə təcrübəsini öyrənib qardaş Türkiyə varinatına üstünlük verdik. İqtisadi inkişaf cəhətdən onlar bizə daha yaxındır», - deyə o qeyd edib.
Birinci sənaye məhəlləsi Neftçalada yaradılacaq. Bundan sonra hökumət ekspertlərinin rəyi ilə başqa rayonlarda da belə obyektlər yaradılacaq.
Məmur bildirib ki, sənaye məhəllələrinin əsas üstünlüyü müəssisələr üçün infrastruktur xərclərinə ehtiyac olmamasıdır. Bu ərazilərdə xüsusi binalarda sahibkarlar istehsal xətti yaradıb məhsul buraxa bilər. Yəni cüzi icarə haqqı verəcəklər. Sahibkarlara həmçinin pulsuz məsləhət xidməti həyata keçiriləcək. -17D—
-
- Cəmiyyət
- 13 Oktyabr 2014 17:39
-
- İqtisadiyyat
- 13 Oktyabr 2014 20:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz