Sənaye məhsulunun 86,5%-i Bakının payına düşür
Hökumətin “sənaye ili” elan etdiyi 2014-cü ildə Bakıda sənaye istehsalının həcmi 27,6 mlrd manat olub. Bu, əvvəlki ildəkindən 8,6% azdır.
Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, şəhərin sənaye məhsulunda hasilat sənayesinin xüsusi çəkisi 79,3% olub. Emal sənayesi 16,1% paya malikdir. Sənaye məhsulunun 80,4%-i (22,2 mlrd manat) özəl sektorda istehsl edilib. Buraya xarici şirkətlərin çıxardığı neft aid edilir.
Dövlətstatkoma görə, ötən il Azərbaycanda sənaye istehsalının həcmi 31,9 mlrd manat təşkil edib. Beləliklə, məhsulun 86,5%-i paytaxtın payına düşür. 08D
-
- İqtisadiyyat
- 11 Fevral 2015 10:13
-
- İqtisadiyyat
- 11 Fevral 2015 10:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz