Sənayedə durğunluq davam edir
Bu ilin dörd ayında Azərbaycanda sənaye istehsalının həcmi 11 275 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin həmin dövrü ilə müqayisədə 0,7% azdır. Bu barədə Turan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sənayenin 2250 mln. manatlıq göstərici ilə qeyri-neft sektorunun xüsusi çəkisi 20% təşkil edib. Qeyri-neft sektorunda 2,8% artım, neft sektorunda 1,5% azalma qeydə alınıb.
Dövlət müəssisələri 2,3 mlrd. manat məbləğində məhsul buraxıblar ki, bu da 2012-c ilin həmin dövrünün göstəricisindən 7,8% çoxdur. Qeyri-dövlət sektorunda sənaye istehsalının həcmi (9 mlrd. manata yaxın) 2,6% azalıb. Hasilat sənayesində istehsalat 2,3% azalıb. Hasilat sənayesinin payına 8 362 mln. manat və ya sənaye istehsalının 74,1%-i düşüb.
Emal sənayesində ümumi məbləği 2 177 mln. həcmində məhsul istehsal edilib ki, bu da 2012-ci ilin yanvar-aprel aylarında olduğundan 10,2% çoxdur. Emal sənayesində istehsalatın əsas hissəsi qida sahəsinin ((854,4 mln. manat +4,7%), neft məhsulları (689,5 mln. manat +13,4%), inşaat materialları (105,1 mln. manat +25,5%,) metallurgiya (103,1 mln. manat +24,4%) payına düşüb.
Bəzi sahələrdə (hazır metalprokat, rezin və plastmas məmulatlar, maşın və avadanlıqlar, elektrik avadanlıqları, ağac emalı v s.) məhsul istehsalını azalması qeydə alınıb.08D
-
- Cəmiyyət
- 17 May 2013 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz