- İqtisadiyyat
- 12 Oktyabr 2012, 15:00
- 113
Sentyabr ayinda tmb-da qiymətlər 0,4% ucuzlaşib
Sentyabr ayında Təkrar Mənzil Bazarında (TMB) qiymətlər orta hesabla -0,4% ucuzlaşıb. Ucuzlaşma əsasən stalinka, xuruşovka və minsk proyektləri ilə tikilmiş mənzillərdə müşahidə edilmişdir. “Əmlak Bazarı İştitakçıları” İctimai Birliyinin hesablamalarına görə, Təkrar Mənzil Bazarında orta qiymət indeksi təxminən 1kv/m üçün-980 ABŞ dollarından daha aşağıdır. Qiymətlərin ucuzlaşmasına baxmayaraq, son bir ayda TMB-da nisbi aktivlik müşahidə edilmişdir. Avqust ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi, Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonları olub və bu 4 rayonun ümumi təklif portfelindəki payı 75%-dən yuxarı olub. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (980 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.79, hər otağın orta satış qiyməti 44130 ABŞ dolları, mənzilin orta qiyməti isə 110846 ABŞ dolları təşkil edib.
Ekspertlər yay mövsümündən sonra bazarda nisbi aktivliyin artmasını qanunauyğun hal kimi qiymətləndirirlər. Mənzil bazarını araşdıran mütəxəssislər son bir ayda əsasən stalinka, xuruşovka və minsk proyektli binalarda qiymətlərin ucuzlaşmasını həmin mənzillərə olan təlabatın ildən ilə azalması ilə əlaqələndirirlər. Eyni zamanda sökülməsi planlaşdırılan, Bakının Sovetski, Papani, Kubinka və Respublika sarayının arxasındakı köhnə tikililərin söküləcəyi təqdirdə TMB-da qiymətlərin qalxacağını proqnozlaşdırılır. Eləcədə noyabr ayında verilməsi gözlənilən İpoteka kreditləridə bazardakı qiymətlərin nisbi bahalaşmasına səbəb ola bilər.
-
- Siyasət
- 12 Oktyabr 2012 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz