Sentyabrda Azərbaycan banklarının məcmu kapitalı 2,7% artıb
Sentyabrda Azərbaycan banklarının məcmu aktivləri 481,6 mln manat və ya 2,5% artaraq 19400,5 mln manat olub. İlin əvvəlindən bank aktivləri 17,4%, illik müddətdə 4084,8 mln manat və ya 26,7% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 oktyabr üçün kredit qoyuluşu 14401 mln manat olub. Hesabat ayında o, 2,4% artıb. Son ildə iqtisadiyyatın kreditləşməsi 30,1% artıb.
Banklarda əhalinin əmanətləri sentyabrda 147 mln manat və ya 2,4% artaraq 6237,4 mln manata çatıb. Bu göstərici ilin əvvəlindən 21,9%, son 12 ayda 37% artıb.
Bankların ümumi kapitalı hesabat ayında 83,6 mln manat və ya 2,7% artaraq 3160,2 mln manat olub. İl ərzində bu göstərici 862,9 mln manat və ya 37,6% artıb. --15B--
-
- İqtisadiyyat
- 6 Noyabr 2013 16:08
-
- Cəmiyyət
- 6 Noyabr 2013 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz