Sərhəd Xidməti dövlət ehtiyacları üçün vətəndaşlardan torpaq alır
Nazirlər Kabineti oktyabrın 24-də torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qərar qəbul edib. Bu dəfə alan orqan Dövlət Sərhəd Xidmətidir.
Nazirlər Kabinetinin saytında verilən məlumata görə, 4,78 hektar torpaq sahəsi sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınıb. Torpaq Qazax rayonunun İkinci Şıxlı kəndində "Sınıq körpü" sərhəd keçid məntəqəsinin ətrafındadır. Bu torpaq Qazax şəhərinin 14 sakininin istifadəsindədir.
Nazirlər Kabineti DSX-ya tapşırıb ki, torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və Nazirlər Kabinetinə təqdim etsin.
Bu il Nazirlər Kabineti Nəqliyyat Nazirliyi, Bakı Meropoliteni, “Meliorasiya və Su Təsərrüfatı” ASC və başqa orqanlar üçün torpaq alınması barədə qərar verib. 08D
-
- İqtisadiyyat
- 6 Noyabr 2013 11:02
-
- Siyasət
- 6 Noyabr 2013 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz