Sığorta bazarı 11 ayda
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, yanvar-noyabrda sığorta şirkətləri 368 mln 879,55 min manat mükafat yığıb. Bu, ötən ilin eyni dövründəkindən 55,91 mln və ya 15,2% çoxdur. Artım korporativ və icbari növlər hesabınadır.
Lider “Paşa Sığorta” 48,95 mln manat toplayıb. Bu, ötən ilin eyni dövründəkindən 8,88 mln çoxdur və ümumi mükafatların 13,3%-dir. Bu şirkətin xüsusi çəkisi ay ərzində 0,3% artıb. Onun törəməsi “Paşa həyat Sığorta” 32,96 mln manat toplayıb.
“AzərSığorta” 37,81 mln manat (ay ərzində 4 mln artım) mükafat yığıb.
“AzSığorta” 39,06 mln manatla ikincidir.
Daim üçüncü olan “Atəşgah” (34,24 mln manata qarşı 33,95) 4-cü yerə düşüb. Həyat sığortası üzrə sabiq lider “Atəşgah Həyat Sığorta” 22,22 mln-la rəqibindən geri qalır.
Onluğun aşağısında kiçik rotasiya var. “Standard Insurance” 16,9 mln manat, “İpək yolu Sığorta” 16,39, AXA MBASK 16,19, Beynəlxalq Sığorta Şirkəti 12,59 mln manat mükafat yığıb.
Ödənişlərdə “Paşa Sığorta” liderdir. Hesabat dövründə o, 25,24 mln manat ödəniş edib. Ümumi kompensasiyaların 22,84%-i onun payına düşüb. Onun mükafatları və ödənişlərinin çoxu KTS üzrədir.
Sığorta şirkətləri 11 ayda 110,48 mln manat kompensasiya edib. Bu, ötən ilin eyni dövründəkindən (82,54 mln) 27,9 mln manat çoxdur. --17D—
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 16:20
-
- Cəmiyyət
- 13 Dekabr 2013 16:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz