Yanvar-noyabrda DəmirBankda 2% artım olub
Yanvar-noyabrda "Dəmir Bank" ASC-nin aktivləri 2% artaraq 390,96 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 11,4% artaraq 304,81 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 336,79 mln-dan 339,72 mln manata artıb. Depozit portfeli 7,1% genişlənərək 179,34 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 16,5% artaraq 154,31 mln manat olub.
Balans kapitalı 10,5% artaraq 51,25 mln manata çatıb, ödənilmiş nizamnamə fondu 20,98 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 55,99 mln manat, xərcləri 50,26 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 5,73 mln manat təşkil edib. --15B--
-
- Siyasət
- 13 Dekabr 2013 16:12
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 16:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz