Sığorta bazarının autsayderi 8 ayda $100 min toplayıb
“Royal Sığorta” şirkəti 8 ayda 80 min 995 manat mükafat yığıb, 4,09 min ödəniş edib.
Şirkətin İH sədri Nüsrət Babayevin sözlərinə görə, bu, yerli imkanların qapalı olmasının nəticəsidir. “Şirkət il yarım əvvəl İcbari Sığorta Bürosunun üzvlüyü üçün lisenziya alıb. Amma Maliyyə Nazirliyi imkanımıza uyğun olmayan tələb irəli sürdü. Uğur qazanan şirkətlər bank və treyder şirkətlərinə bağlıdır. “Royal Sığorta”nın hələ belə imkanı yoxdur”, - deyə o bildirir və eyni adlı təsisçi bankın müflis olmasını “unudur”.
Autsayderlər arasında təsisçisi məşhur banklar və kredit strukturu olan şirkətlər də var. Məsələn, Günay Sığorta 1 sentyabr üçün 253,14 min manat, Əmrah Sığorta 515,15 min manat, Era Trans 528,36 min, Azərqarant 540,95 min, Chartis Azerbaijan 684,54 min manat toplayıb.
«Royal Sığorta» 2011-ci ildə fəaliyyətə başlayıb. Şirkət İcbari Sığorta Bürosuna üzvlük üçün müraciət edib. İlkin nizamnamə kapitalı 5,5 mln manatdır. Şirkətin rəhbərliyinə Heydər Əliyevin qardaşı oğlu İlqar Əliyevdən başqa, Famil Teymurov, Vüqar Şahbazlı, Şahbaz Şahbazov və "Royal Bank"ın Müşahidə Şurasının sədrinin oğlu Fuad Cam daxildir. --17D—
-
- İqtisadiyyat
- 19 Sentyabr 2013 15:22
-
- İqtisadiyyat
- 19 Sentyabr 2013 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz