- İqtisadiyyat
- 12 Dekabr 2013, 13:58
- 222
Sığorta və təkrar sığorta lisenziyası ayrılacaq
Maliyyə Nazirliyi gələn il sığorta və təkrar sığorta şirkətlərinin fəaliyyət sahəsini ayıracaq. Bu gün yalnız bir “xalis” təkrar sığorta şirkəti var – AzRe. Qalanları sığorta ilə yanaşı riskləri də təkrarsığorta edirlər.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, lisenziyalar ayrılandan sonra nizamnamə kapitalına minimal tələb də müəyyən edilcək. "Sığorta və təkrar sığorta fəaliyyətinin ayrılması üzrə tələblər təsdiq edilib, amma hələ qəbul edilmir. Fəaliyyət növləri ayrılandan sonra kapital tələbləri də təsdiq ediləcək", - deyə o qeyd edib.
Namiq Xəlilov hesab edir ki, fəaliyyət növlərinin ayrılmasında əsas məqsəd maliyyə ehtiyatının təmin edilməsidir.
Yeri gəlmişkən, bank strukturlarına bağlı sığortaçılar maliyyələrini artırmaq üçün fiziki şəxslərin kapitalını иaktiv cəlb etməyə başlayıb. Məsələn, səhm paketi Bank Respublikaya məxsus Bakı Sığorta КАСКО sığortanı kreditə verir.
Namiq Xəlilov sığorta polisinin kreditə verilməsini perspektivli sayır. --17D-
-
- Söz istəyirəm
- 12 Dekabr 2013 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz