Sığortada xarici investorlara yaşıl işıq
«Sığorta fəaliyyəti haqqında» qanuna düzəlişlərdə əsas maddələrdən biri əcnəbilərin yerli bazara investisiya imkanııdır.
Prezidentin fərmanına əsasən, təkcə xarici sığortanın peşəkar iştirakçıları yox, xarici hüquqi və fiziki şəxslər sığorta bazarında səhmdar ola bilərlər.
Qanunun 20.1-1 maddəsinə əsasən, sığorta şirkətində əcnəbi fiziki şəxsin payı 10%-i keçməməlidir. Əcnəbi fiziki şəxslərin maksimal payı 30%-i keçməməlidir.
Xarici hüquqi şəxsin (peşəkar sığortaçı və ya institusional investor olmayan) Azərbaycanın sığorta şirkətlərində payı 50%-dən az olmalıdır.
Qanuna düzəlişlər həmçinin ipoteka sığortasını dəqiqləşdirir, elektron sığorta müqaviləsi bağlanması imkanını nəzərdə tutur. --17D—
-
- İqtisadiyyat
- 17 Dekabr 2013 14:16
-
- Siyasət
- 17 Dekabr 2013 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz