Əsas kapitala özəl investisiyalar dövlət resurslarından geri qalır
Bu ilin 11 ayında Azərbaycan iqtisadiyyatına 14,6 mlrd manat investisiya qoyulub (+14,8%). Bunun 5 463 mln-u və ya 37,4% özəl sektorun payına düşür, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
İnvestisiya layihələrinə dövlət büdcəsindən 6 890,6 mln manat, büdcədənkənar dövlət fondlarından 491,6 mln manat qoyulub. Daxili investisiyaların 79,2%-i dövlətin payına düşür. Ümumi portfeldə daxili investisiyaların payı 74,1%-dir.
Neft-qaz sektoruna 4 342,1 mln manat qoyulub. Bu, ötən ilin eyni dövründəkindən 33,9% çoxdur. Qeyri-neft sektorunda əsas kapital artımı 8,2%-dir. İlin əvvəlindən qeyri-neft sektoruna 10 250 mln manat vəsait qoyulub.
İnvestisiya portfelində kənd təsərrüfatının xüsusi çəkisi 3,5%-dir (515,8 mln manat). Emal sənayesi 6.2% (903,2 mln manat), nəqliyyat 20.3% (2 964 mln manat), su təchizatı və tullantıların təmizlənməsi 6,6% (955,6 mln manat), tikinti 3,3% (475 mln manat) və s. paya malikdir. Mənzil tikintisinə 1 082 mln investisiya qoyulub.
Xarici investisiyalar 3 776,5 mln manat təşkil edib. Səkkiz ölkə (Britaniya 1 354,4 mln, Norveç 467,6 mln, ABŞ 454,6 mln, Yaponiya 346 mln, Türkiyə 270,5 mln, Çexiya 258,1 mln və Fransa 150 mln manat) portfelin 87,4%-ə malik olub. 08D
-
- İqtisadiyyat
- 17 Dekabr 2013 14:01
-
- İqtisadiyyat
- 17 Dekabr 2013 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz