SKMF-nin rüblük hesabatı
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) yanvar-mart ayları üzrə hesabat verib.
Fondun kreditlərinin çoxu (58%) kənd təsərrüfatı məhsulları istehsalı və emalı məqsədi ilə verilib. Bu sahədə 1245 layihəyə 24,1 mln manat ayrılıb.
Sənaye məhsulları istehsalı və emalı məqsədi ilə 16 layihəyə 2,4 mln manat (kreditlərin 5,9%-i) yönəldilib. İki infrastruktur layihəsi hökumətə 15 mln manata (36,1%) başa gəlib.
Ümumi həcmin 98,8%-i kiçik kreditlərdir. Amma qiymət ifadəsində (13,5 mln manat) o, iri kreditlərə uduzur. 10 iri kreditə (0,8%) 26,5 mln manat və ya vəsaitlərin 63,9%-i ayrılıb. Kiçik kreditlər 32,6%, orta kreditlər 3,5% paya malikdir.
İlin sonu üçün SKMF qaytarılan kreditlər hesabına 130 mln manat ayıracaq, dövlət büdcəsindən əlavə 100 mln manat alacaq. Fond cəmi 1 mlrd 747 mln manat toplamaq istəyir. Bunun 931 mln-u büdcə vəsaitləridir.
SKMF 1992-ci ildə yaradılıb. Kreditlər 45 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. --17D—
-
- Siyasət
- 1 May 2015 16:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz