SNX xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrini genişləndirib
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrini genişləndirib.
Belə ki, Britaniyanın 2 şirkəti: “Arch İnsurance Company (Europe) Limited” və “QBE RE (Europe) Limited” xarici sığorta və təkrarsığorta şirkətlərinin reyestrinə daxil edilib və reyestrə daxil edilmiş xarici sığorta və təkrarsığorta şirkətlərinin ümumi sayı 161-ə çatıb.
Bundan başqa, “Direct İnsurance London Market” (Böyük Britaniya) xarici broker şirkətlərinin reyestrinə daxil edilib.
Beləliklə, reyestrə daxil edilmiş broker şirkətlərinin sayı 79-a çatıb.
Dövlət Sığorta Nəzarəti Xidmətinin reyestri “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən yaradılıb. “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrinə yüksək reytinqli strukturlar daxil edilməlidir ki, Azərbaycan sığortaçıları onların vasitəsi ilə sığorta və təkrarsığorta əməliyyatları keçirə bilsin. --17D—
-
- İqtisadiyyat
- 1 Sentyabr 2015 14:41
-
- Cəmiyyət
- 1 Sentyabr 2015 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz