SOCAR Azərbaycandan kənarda neft kəşfiyyatı ilə məşğul olacaq
SOCAR Turkiye Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) bu ölkənin ərazisində neft axtarışı üçün Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri idarəsindən 4 lisenziya alıb. Bu barədə Türkiyənin “Resmi Gazete”sinin saytında məlumat verilir.
İdarənin qərarı 16 avqustda qəzetdə nəşr edilib.
Qərara əsasən, “SOCAR Turkey Enerji A.Ş.”-yə ölkənin şərqində Qaziantep, Diyarbəkir, Adıyaman, Kahramanmaraş, Batman və Muşda 5 il müddətində neft axtarışının həyata keçirilməsi ilə əlaqədar 4 lisenziya verilib.
Şirkət 2%-lik investisiya təminatını 30 gün ərzində idarəyə təqdim etməlidir.
SOCAR “SOCAR Turkey Enerji” şirkəti vasitəsilə “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm paketinin (57,92%) sahibidir. Şirkət, həmçinin Türkiyədə yeni neft emalı zavodu, konteyner terminalının tikintisi və ölkənin daxili bazarına qaz tədarükü ilə məşğuldur.—0--
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:16
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz