Duz istehlakı 3,8% artıb
2014-cü ildə Azərbaycanda xörək duzunun istehlak həcmi əvvəlki illə müqayisədə 3,8% artaraq 92,2 min ton təşkil edib.
Dövlətstatkomun açıqladığı ərzaq balansına əsasən, 2014-cü ildə Azərbaycanda 67 193 ton duz istehsal edilib. Bu, 2013-cü ildəkindən 13% çoxdur.
Həmçinin xaricdən 15 930 ton duz alınıb. Bu, əvvəlki illə müqayisədə 3,8% azdır.
Ötən il duz istehlakı əsasən yeyinti sənayesi hesabına artıb. Orda əlavə kimi 32 min ton (+4,6 min ton) duzdan istifadə olunub.
Qışda şəhər təsərrüfatında 2 646 ton duzdan istifadə edilib. Bu, bir il əvvəlkindən 39,2% çoxdur.
Əhali 35,5 min ton yodlaşdırılmış duzdan istifadə edib. Bu, 2013-cü ildəkindən 3,9% azdır.
Maraqlıdır ki, 2014-cü ildə Azərbaycan 6,3 min ton duz ixrac edib. Bu, 2013-cü ildəkindən 3,4 dəfə çoxdur.
Azərbaycanda əsas duz istehsalçısı “Azersun Holding”in törəməsi «Azərbaycan Duz İstehsalı Birliyi» QSC-dir. Bu müssisəyə $14 mln vəsait qoyulub. Naxçıvan MR-da da duz istehsal olunur. -08B-
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:18
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz