Azərbaycanda IBM-in perspektivi
IBM-in Azərbaycanda Bakı nümayəndəliyinin baş direktoru İlya Kravtsov «InfoCity» jurnalına müsahibəsində İKT bazarında əsas fəaliyyət istiqamətlərindən danışıb.
Şirkətin prioritetləri analitik həllər, «bulud» və mobil texnologiyalar, informasiya təhlükəsizliyi, sosial məsuliyyətdir. «Konsaltinq və autsorsinqdə səlahiyyət və xidmətlərin inkişafına da diqqət yetiriləcək. IBM burda həll təklif edə bilər. Yəni avadanlıq və proqram təminatı sifarişçinin ərazisində qalır, amma IBM-in mülkiyyət olur», - deyə o bildirib.
“Azərbaycanda şirkət dövlətin tərəfdaşıdır. Şirkətin həlləri vergi, xəzinədarlıq, nazirlik və digər qurumlarda istifadə edilir. «Ölkəniz neftdən asılılığı azaltma qistəyir. Tərəqqi innovasiya ilə təmin edilməlidir. Bu IBM-in «Ağıllı planet» konsepsiyası ilə üst-üstə düşür», - deyə o bildirib.
«Dövlət sektorunda «bulud» texnologiyaları da inkişaf etməlidir. Qabaqcıl ölkələr G-cloud platformasını ya yaradıb, ya da yaratmaqdadır. Bundan başqa, ali məktəblərlə qarşılıqlı əlaqə aktuladır. Maraqlı istiqamətlərdən biri IBM Watson məhsuludur. Dünyanın qabaqcıl ali məktəbləri ondan istifadə edir. Təhsil müəssisələri ilə əlaqələrimizi genişləndirməliyik», - deyə Kravtsov bildirib. --17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2015 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz