
“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) növbəti dəfə “BBB-” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, reytinq üzrə proqnoz “Sabit”dir.
“Fitch” bəyan edib ki, Azərbaycanın dövlət borcu digər ölkələrlə müqayisədə azdır, ölkəmiz Dövlət Neft Fondu (ARDNF) vasitəsilə çevik maliyyələşdirmə imkanlarına malikdir. Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal siyasət suveren xarici aktivləri qorumağa, makroiqtisadi sabitliyi təmin etməyə, neft qiymətlərindəki volatilliyin təsirlərini idarə etməyə imkan verir.
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz