
2024-cü ildə Azərbaycanda iqtisadi artım neft hasilatının həcmindəki azalmanın yavaşlaması və Qarabağın bərpasının səmərəliliyi fonunda 4,1% təşkil edib.
Bunu “Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib.
Qurum hesab edir ki, 2025-ci ildə Azərbaycanın ümumi daxiliu məhsulu (ÜDM) 3%, 2026-cı ildə isə 2,4% artacaq. Beləliklə, yaxın 2 ildə iqtisadi artım orta hesabla 2,7% təşkil edəcək.
“İqtisadi artım yenə də dövlət investisiyaları hesabına dəstəklənəcək”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, hökumət bu il il ümumi daxili məhsulun 3,5%, gələn il isə 2,8% artacağını proqnozlaşdırır.
Rəy yaz