
Əsgər Ağasoy
AXCP fəalı 30 sutka inzibati həbsə məhkum edilib
Yanvarın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əsgər Ağasoy polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O, ailəsinə zəng edərək bildirib ki, saxlanılan zaman fiziki təzyiqə məruz qalmayıb.
Bu barədə Turan-a AXCP Naxçıvan Muxtar Respublikası Ordubad rayon şöbəsinin sədri Bəhlul Muradov bildirib.
Ağasoy yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində saxlanılıb.
"Polis yanvarın 15-də axşam saatlarında rayonun Üstüpü kəndinə gələrək bu kənddə yaşayan, ixtisasca çoğrafiya müəllimi, hazırda işsiz olan fəal Əsgər Ağasoyu saxlayaraq Ordubad Polis şöbəsinə aparıb", deyə Muradov qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Əsgər Ağasoyun həbsi onun sosial şəbəkələrdəki tənqidi baxışları ilə bağlıdır.
Polis fəalın saxlanılması barədə hələ məlumat yaymayıb.
-
- İqtisadiyyat
- 17 Yanvar 2025 12:44
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz