SOCAR Beynəlxalq Bankdan 2 mlrd kredit alacaq
ARDNŞ şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Bankından (ABB) ilk kredit tranşı alacaq.
Bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
O deyib ki, kreditin ümumi həcmi 1,86 milyard manat təşkil edəcək: "Kreditin 1,26 milyard manatı Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi işlərinə, 600 milyon manat isə "Bulla Dəniz" və "Günəşli"də qazma işlərinə sərf olunacaq".
Onun sözlərinə görə, bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı var. Dövlət zəmanəti qismində Maliyyə Nazirliyi çıxış edir.
O, qeyd edib ki, müqavilələr artıq imzalanıb, müəyyən texniki məsələləri həll etmək qalıb: "ABB-nin birinci kredit tranşı çərçivəsində NEZ-in yenidən qurulmasına 50-60 milyon manat, qazma işlərinə isə təqribən 200 milyon manat ayrılıb.
"Hər iki kredit uzunmüddətlidir. Zavodun modernləşdirilməsinə ayrılan kredit təqribən 13 il müddətinə hesablanıb, bunun ilk 3 ili güzəştlidir. Qazma işlərinin aparılması üçün ayrılmış kredit isə 5-6 il müddətinə nəzərdə tutulub".
Əvvəllər SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, H.Əliyev adına NEZ-in modernləşdirilməsi 2018-ci ildə başa çatacaq.
Yenidənqurmadan sonra NEZ-in gücü 6 mln-dan 7,5 mln tona çatacaq. –0--
-
- İqtisadiyyat
- 16 Oktyabr 2015 12:39
-
- İqtisadiyyat
- 16 Oktyabr 2015 12:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz