Azərbaycan İES elektrik enerjisi istehsalını 2,6% artırıb
Azərbaycan İstilik Elektrik Stansiyası 2015-ci ilin yanvar-sentyarında 5 mlrd 651 mln kVt/saat elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövründəkindən 2,6% çoxdur.
ASC-nin mətbuat xidmətinin məlumatına görə, 2015-ci ilin III rübündə stansiyada 2 mlrd 59,3 mln kVt/saat, o cümlədən sentyabrda 650,7 mln kVt/saat elektrik enerjisi istehsal olunub.
Hazırda gündəlik istehsal həcmi 15-17 mln kVt/saatdır.
Məlumat verildiyi kimi, 2014-cü ildə Azərbaycan İstilik Elektrik Stansiyası 7 mlrd 683,6 mln kVt/saat elektrik enerjisi istehsal edib.
Azərbaycan İstilik Elektrik Stansiyasında hər birinin gücü 300 MVt olan 8 blok var. Burda yanacaq kimi qazdan və mazutdan istifadə edilir. –12D--
-
- İqtisadiyyat
- 16 Oktyabr 2015 12:41
-
- Cəmiyyət
- 16 Oktyabr 2015 12:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz