SOCAR hökumətin yardım etmədiyi 3 neftçinin ailəsinə maddi yardım ayırıb
SOCAR) “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım ayırıb. Bu barədə şirkətdən məlumat verilib.
“SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə şirkət tərəfindən 15 min manat məbləğində birdəfəlik maddi yardım ayrılıb”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, hadisə dekabrın 4-də saat 12:30-da baş verib. İtkin düşənlərin axtarışı davam edir.
* Ötən həftə baş nazir Artur Rasizadənin sərəncamı ilə “Günəşli” yatağının N10 platformasında yanğın zamanı həlak olan neftçilərin ailəsinə 15 min manat ayırıb.
Amma nədənsə hökumət Neft Daşları” NQÇİ-də qəza zamanı itkin düşmüş 3 neftçinin ailəsinə yardım ayırmayıb. KİV bu ayrı-seçkiliyin səbəbi ilə bağlı Nazirlər Kabinetinin məmurlarından cavab ala bilməyib. –12D--
-
- İqtisadiyyat
- 18 Dekabr 2015 13:14
-
- İqtisadiyyat
- 18 Dekabr 2015 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz