SOCAR layihə institutunun eksperimental-təcrübə-sınaq işləri bazasını istifadəyə verib
SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun eksperimental-təcrübə-sınaq işləri bazasını istifadəyə verib
SOCAR-ın məlumatına görə, Bakının Suraxanı rayonu ərazisində tikilmiş baza 2,1 hektar ərazidə yerləşir və müasir avadanlıqlarla təchiz edilib.
Baza müxtəlif təyinatlı reagent və quyu avadanlıqlarının hazırlanması məqsədi ilə yaradılıb. Burada reagent istehsalı sexi və istehsalat sahəsi faəliyyət göstərir.
Sexin gündəlik istehsal gücü 30 ton təşkil edir.
Bundan başqa, bazanın ərazisində quyuların mənimsənilməsi və təmirində istifadə edilən müxtəlif təyinatlı alətlər istehsal edən qapalı sahə var. –12D—
-
- İqtisadiyyat
- 18 Sentyabr 2015 13:02
-
- İqtisadiyyat
- 18 Sentyabr 2015 13:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz